Nərimanov rayonunda tennis turniri keçirildi-FOTO
Nərimanov rayonunda tennis turniri keçirildi-FOTO
28 Noyabr 2016 / 15:35 / Baxış sayı: 490
Font1 Font2 Font3 Font4
Bizimxeber

Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib.

Bizimxeber.az saytına daxil olan məlumata görə, 28 noyabr 2016-cı il tarixdə 258 saylı tam orta məktəbin idman zalında stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəbliləri stolüstü tennis idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Yarışda rayonun 16 məktəb komandası tərkibində 80 nəfər məktəbli (onlardan 32 nəfəri qızlar) iştirak etmişdir.

Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri 258 saylı tam orta məktəbin komandası, II yeri Bakı Modern Məktəbin komandası, III yeri isə “İstək” liseyin komandası tutmuşlar.

Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak etmiş, qalibləri təbrik edərək onlara təhsilində, idman həyatında yeni-yeni uğurlar arzulamışdır.

Qalib komandaların üzvləri Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

Bizimxeber.az

ten1 ten2 ten3 ten4 ten5 ten6 ten7 ten8 tenn1 tenn2 tenn3 tenn4 tennis tennis1 tennis2 tennis3 tennis4 tennis5



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə