Nərimanov rayonunda referendum başçladı
Nərimanov rayonunda referendum başçladı
26 Sentyabr 2016 / 9:55 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nərimanov rayonunda da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə prosesi başlamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referendumda səsvermə prosesi başlamışdır.

Bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınmış və seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdır. Rayonda dairə seçki komissiyalarının tərkibində olan seçki məntəqələri bütün zəruri texniki avadanlıqla təmin edilmişdir. Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılmışdır.

Qeyd edək ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 469 nəfərdir.

18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Nərimanov rayonunda hazırda 16 məntəqə mövcuddur. Nərimanov rayonu üzrə sözügedən seçki dairəsində qeydə alınan 20 min 754 seçici var. Seçki dairəsinin Nərimanov rayonu üzrə 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb. 19 saylı Nərimanov 1-ci seçki dairəsi üzrə hazırda 35 məntəqə mövcuddur. Ümumilikdə bu dairə üzrə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə qeydə alınan 45 min 690 seçici var. 20 saylı Nərimanov 2-ci seçki dairəsinin ərazisində 33 seçki məntəqəsi mövcuddur. Dairə üzrə 44 min 25 seçici qeydə alınıb. Bu dairəni əhatə edən 10 məntəqədə veb-kamera quraşdırılıb.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə