Nərimanov rayonunda məktəblilərlə görüş keçirilib
Nərimanov rayonunda məktəblilərlə görüş keçirilib
23 Noyabr 2016 / 23:00 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az-a verilən məlumata görə, 21 noyabr 2016-cı il tarixində Nərimanov rayon orta məktəblərində “Şagirdlərin təhlükəsizliyi diqqət mərkəzində” adlı layihə çərçivəsində şagirdlərlə növbəti görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nərimanov rayon orta məktəblərində “Şagirdlərin təhlükəsizliyi diqqət mərkəzində” adlı layihə çərçivəsində növbəti görüş Nərimanov rayonu Məktəb Lisey Kompleksinin şagirdləri ilə keçirilmişdir.

Layihənin məqsədi Şagirdlərin sağlamlığını qorumaq, həyatı təhlükə daşıyan vəziyyətdən azad etmək məqsədi ilə onları piyada keçidlərindən düzgün istifadə, ictimaiyətdə düzgün davranış qaydalarına riayət olunması və ictimai mədəniyyət, piyada hərəkətinin təhlükəsizliyi mövzusunda maarifləndirmək onları küçədə gəzərkən və ya yoldan keçərən hər cür mümkün təhlükədən xəbərdar etmək.

Layihənin ikinci günü Məktəb Lisey Kompleksində keçirilmişdir və davam olaraq bir neçə orta təhsil müəssislərində keçirilməsi nəzərdə tutulmuşdur.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində qalib gəlmişdir.

Bizimxeber.az

1 2 3 4 5 6



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə