Nərimanov məktəbliləri istirahətdə
Nərimanov məktəbliləri istirahətdə
17 Noyabr 2016 / 12:35 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın cənub bölgəsinə yola salınıblar.

Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində 17 noyabr 2016-cı il tarixində Nərimanov rayonun məktəblilərindən ibarət qrup respublikamızın cənub bölqəsinə yola salındılar.

Yolasalma mərasimdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, məktəb direktorları, valideynlər, məktəblilər və bir qrup fəal gənc iştirak ediblər.

İlk öncə rayon rəhbərliyi və məktəblilər Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov qeyd etmişdir ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrətməklə yanaşı, gənclərimizə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağını bildirmiş, məktəblilərə uğurlar arzulamışdır.

Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısın müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və valideynlər bildiriblər ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar təşkil edilən bu aksiya şagirdlər üçün tariximizi, mədəniyyətimizi öyrənmək baxımından gözəl fürsətdir. Natiqlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

Daha sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla yola düşdülər.

Qeyd edək ki, tur-aksiya 17-20 noyabr 2016-cı il tarixlərində Lənkəran, Masallı, Astara şəhər və rayonlarını əhatə edəcəkdir.

Bizimxeber.az 

IMG_0338 IMG_0343 IMG_0349 IMG_0358 IMG_0365 IMG_0383 IMG_0385 IMG_0390 IMG_0407 IMG_0416 IMG_7513 IMG_7520 IMG_7528 IMG_7531 IMG_7549 IMG_7555 IMG_7563 IMG_7569 (1) IMG_7569 IMG_7580 IMG_7586 IMG_7592 IMG_7607



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə