Nərimanov gəncləri Heydər Əliyev Mərkəzində
Nərimanov gəncləri Heydər Əliyev Mərkəzində
15 Oktyabr 2016 / 15:21 / Baxış sayı: 914
Font1 Font2 Font3 Font4
Bizimxeber

15 oktyabr 2016-cı il tarixdə Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon rəhbərliyi və gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etmişdirlər.

Heydər Əliyev Mərkəzinin əməkdaşı tərəfindən ekskursiyanın iştirakçılarına Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri və burada yaradılmış Heydər Əliyev Muzeyi haqqında məlumat verilmişdir. Bildirildi ki, Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb.

Gənclər Ümummilli lider Heydər Əliyev barəsində media-arxivlə tanış olmuşdurlar. Qeyd olundu ki, mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzinin Sərgi zalları bölməsinin birinci mərtəbəsində “Azərbaycan inciləri: tarixin axarında” sərgisi təqdim edilir. Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi olan “Azərbaycan inciləri: tarixin axarında” Azərbaycan tarixi və mədəniyyətinin incilərini əks etdirən bir ekspozisiyadır.

Ekskursiya iştirakçıları ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair unikal eksponatlarla, ölkənin tarixi keçmişini özündə yaşadan və müasir dinamik inkişafını təcəssüm etdirən tikililərin maketləri ilə tanış olublar. Sonda rayon rəhbərliyi tərəfindən 5 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.

Gənclər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə