Muxtar Maniyev hələ də reanimasiyadadır
Muxtar Maniyev hələ də reanimasiyadadır
05 Sentyabr 2016 / 17:55 / Baxış sayı: 924
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xalq artisti Muxtar Maniyevin vəziyyəti ağır olaraq qalır.

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyor hazırda Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alır:

“Həkimlər əllərindən gələn edirlər ki, onun vəziyyəti normallaşsın. Qan azlığı var, bu gün qan köçürüləcək. Amma huşu yerindədir. Hələ ki, palataya köçürülməkdən söhbət getmir. Ola bilsin, bu həftə ərzində reanimasiya şöbəsində saxlanılsın”.

M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə