“Müttəfiqlər ABŞ-la hərbi müttəfiqliyi qiymətləndirmir “-D.Tramp
“Müttəfiqlər ABŞ-la hərbi müttəfiqliyi qiymətləndirmir “-D.Tramp
06 Avqust 2016 / 13:04 / Baxış sayı: 920
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az bildirir ki, Donald Tramp yenə gurultulu bəyanat verib. Bu dəfə ABŞ müttəfiqlərinə müraciət edib. Prezidentliyə namizəd olan Tramp Ayovada olan çıxışında  amerikalıların on illərdir Avropanı və şərqi Asiyanı qoruduğunu , lakin mütəfiqlərin bunu lazımınca qiymətləndirmədiyini bildirib. 

 

 

 

 

 

Milyarder Yaponiyanı misal çəkib. O bəyan edib ki, hərbi müttəfiqlik Tokio milli ordusunun ölkə xaricində istifadəsində qadağasına görə lap mənasızdır.

“İcazə verin Klintonun müttəfiqləri heç vaxt atamayacağı  bəyanatı ilə əlaqəli bir iki qeyd edim. Bu bəyanat çox gözəldir , hətta deyərdim əladır. Amma burda kiçik bir problem var. Biz “sizi heç vaxt atmayacağıq, ancaq daha artıq ödəniş etməlisiniz ” deyəndə cavabında ” əgər siz bizi tərk etməyəcəksinizsə onda niyə daha artıq ödəniş edək ki?” eşidə bilərik.  Bu razılaşmanı pozmağın yolu olmalıdır. Bunu etmək vacib olmasa da nəzərə almalıyıq. Əgər Yaponiyaya hərbi hücum olarsa müqaviləyə görə biz onlara ən yaxşı qüvvələrimizi köməyə göndərəcik. Amma hücum bizə olarsa onlar sadəcə evlərində oturub Sony televizorlarına baxacaqlar. Zərbə hər iki tərəfdə bizə dəyəcək. Əks halda biz müqaviləni pozmalıyıq, heç olmasa , bununla hədələməliyik.”

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə