“Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışması…
“Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışması…
13 Oktyabr 2016 / 12:46 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin növbəti mərhələsi keçirilib.

12 oktyabr 2016-cı il tarixdə “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin növbəti mərhələsi keçirilib.

Qeyd edək ki, bilik yarışmasının növbəti mərhələsində “Odlar Yurdu” və Azərbaycan Turizm və Menecment Universitetlərin tələbələri iştirak etmişlər.

Tədbirin rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Odlar Yurdu” Universitetinin ümumi işlər üzrə prorektoru Vüqar Şahinzadə, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, Demokratik İslahatlar Partiyasının humanitar məsələlər üzrə müşavir Rövşən Nəcəfov, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Səbinə Fərmanova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı və 300 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan “Odlar Yurdu” Universitetinin Tələbə – Gənclər Təşkilatının sədri Səbinə Fərmanova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.

Sonra “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq gənclər arasında Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və iqtisadiyyatı haqqında bilik yarışmasının keçirilməsidir. Eyni zamanda gənclərimizin bu istiqamtdə vətənpər ruhunda böyüməsi üçün öz vətənləri haqqında biliklərinin artırılması, həmçinin qimətləndirməsidir. Bununla yanaşı dövlətimizin 25 illik müstəqillik tariximizdə əldə olunan uğurlar, nailiyyətlər cəmiyyətdə təbliğ edilməsidir. Layihə qarşısında qoyulan vəzifələr dövlət müstəqilliyimizin 25 ildə qazandığı uğurlara gənclərin baxışının öyrənilməsidir. Həmçinin gənclərimizin öz vətəni haqqında biliklərinin qiymətləndirilməsidir, eyni zamanda artırılmasıdır. Gənclərin formalaşmasında və vətənə bağlılığı sahəsində işlərin aparılmasıdır. Layihə üzrə vəzifə və məqsəd həm bilik yarışmasının keçirilməsi, eyni zamanda dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar uğurlar və nailiyyətlərin təbliği, gənclərin dövlət müstəqilliyinə baxışının təhlil edilməsidir və vətənə bağlılığının artırılmasıdır. Bu baxımdan bu tədbirlərin keçirilməsi, layihənin məqsəd və vəzifələri sırf olaraq dövlət müstəqilliyimizin həm 25 illiyi ilə əlaqədar

təbirin keçirilməsi, həmçinin gənclərimizin maarifləndirilməsi, bilik və bacariğının artırılmasına yardımçı olacaqdır.

Sonda Demokratik İslahatlar Partiyasının humanitar məsələlər üzrə müşavir Rövşən Nəcəfov, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini,olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. Natiqlər bildirmişlər ki, Azərbaycan öz dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirəcək. Müstəqil dövlətin gələcəyi hər zaman gənclərlə bağlıdır. Gənclərin öz dövləti, vətəni haqqında bilikləri, onların vətənə bağlılığı cəmiyyətin gələcək inkişafını, dövlətin möhkəmlənməsində əsas faktor oynayır. Bu gün Azərbaycan artıq müstəqillik dövründə anadan olan, formalaşan gənclər təbəqəsinə malikdirlər. Bu gənclərin hər zaman Azərbaycanın dövlət müstəqilliyinin keşiyində və vətənpərvər ruhda böyüməsinə böyük əhəmiyyət verilməlidir. Gənclərin vətənə bağlılığı ilk öncə onların öz vətənləri haqqında biliklərinin hansı səviyyədə olmasından asılıdır.

Rəsmi hissədən sonra “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmalarının növbəti mərhələsinə start verilmişdir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə