Müsavatın mitinqinə icazə verildi, amma…
Müsavatın mitinqinə icazə verildi, amma…
15 Sentyabr 2016 / 13:51 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib. Bu barədə məlumatı Qaynarinfo.Az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah verib. 

Elman Fəttah bildirib ki, BŞİH  Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdiyi mitinqə müsbət cavab versə də, lakin mitinq saatını dəyişdirib: “Mitinqin saatı qanunsuz olaraq 17:00-dan, 15:00-a dəyişdirilib. Bu da Müsavat Partiyasının mitinqinin kütləviliyinin qarşısını almaq üçün atılmış addımdır.

Biz təbliğatımızı saat 17:00 üçün aparırdıq. Amma indi vaxt dəyişdi. Bununla da mitinqə gəlmək istəyən vətəndaşları çaş-baş salırlar”. Başqan müavini qeyd edib ki, vaxtla bağlı təbliğatı yenidən aparmalı olacaqlar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə