Muradxanlı neft mədənində mühafizəçilər işsiz qaldı
Muradxanlı neft mədənində mühafizəçilər işsiz qaldı
30 Noyabr 2016 / 21:20 / Baxış sayı: 1114
Font1 Font2 Font3 Font4
Bizimxeber

İmişlidə Kanada şirkəti 23 nəfər azərbaycanlını işsiz qoyub.

Bu barədə Ölkə.Az-a “Etalon security MMC”-nin əməkdaşı Əmirov Səfayıl Fazil oğlu məlumat verib. S.Əmirov bildirib ki, sözügedən şirkətdə 23 nəfər əməkdaş çalışırmış:

“İyirmi üç əməkdaşımız vardı. Komanda rəisi, bir müavin, üç növbə rəisi və on doqquz mühafizəçi idik. Muradxanlı Birləşdirilmiş Neft Mədəninin mühafizəsini həyata keçirirdik. Kanadalıların “Aran oil Company Limited” şirkəti həmin neft mədənini aldı. Bizimlə müqaviləyə xitam verildi və işdən azad olunduq. Aylıq 350 manat əməkhaqqı alıb birtəhər ailəmizi dolandırırdıq. Onun üç nəfəri Bakı şəhərinə göndərildi. Qalanlarımız işdən çıxası olduq. Çünki o məvaciblə Bakıda işləyə bilmərik. Rəhbərliyimiz danışdılar, amma müqavilə bağlamaq istəmədilər. Bir xarici şirkət 23 nəfər azərbaycanlını işsiz qoydu. Mənim iki övladım Bakıda tələbədir, dolana bilmirəm. Bəs necə olur ki, bir kanadalıya görə iyirmi üç aərbaycanlı işsiz qalır?”

Mövzunu diqqətdə saxlayacağıq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə