Münhendə terror aktı: ölənlər var VİDEO – YENİLƏNİB
Münhendə terror aktı: ölənlər var VİDEO – YENİLƏNİB
22 İyul 2016 / 23:02 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4
Bizimxeber

Almaniya mətbuatı bildirir ki, Münhenin mərkəzində yerləşən «Marienplatz» metro stansiyasının yaxınlığında da naməlum şəxslər tərəfindən atəş açılıb.

Bu barədə rəsmi informasiya yoxdur.

Ölən və ya yaralananlar barədə məlumat verilmir.

*   *   *22:08

Alman polisinin son məlumatına görə, ticarət mərkəzinin yaxınlığında baş vermiş atışmada 3 nəfər həlak olub.

Virtualaz.org alman «Bild» nəşrinə istinadən xəbər verir ki, atəş açanlar ən azı 3 nəfər olublar. Bavariya torpağının DİN başçısının sözlərinə görə, cinayətkarların yaxalanması məqsədilə şəhərdə irimiqyaslı polis əməliyyatı həyata keçirilir.

*   *   *21:01

Almaniya polisi Münhen sakinlərinə müraciət edərək, hadisənin baş verdiyi Olimpiya parkından uzaq durmağa çağırıb.

Virtualaz.org «Sky News» telekanalına istinadən xəbər verir ki, 15 nəfərin öldüyü bildirilən hadisə ilə əlaqədar rəsmi məlumat hələ də yoxdur.

*   *   *20:51

Hadisə şahidlərinin dediklərinə görə, bu gün Almaniyanın Münhen şəhərində naməlum şəxs sakinlərə atəş açıb.

Virtualaz.org «Twitter» mikrobloq şəbəkəsində yayılan məlumata əsasən xəbər verir ki, hadisə şəhərin «Olimpiya» ticarət mərkəzinin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, 15 nəfər həlak olub.

Hadisə barədə hələlik rəsmi informasiya yoxdur.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə