Müğənni 35 kq narkotiklə həbs edildi
Müğənni 35 kq narkotiklə həbs edildi
27 Oktyabr 2016 / 9:36 / Baxış sayı: 1888
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanlı müğənni Nazir Həbibov yaşadığı Türkmənistanda saxlanılıb.

O, narkotik vasitə qəbul etməkdə və satışında ittiham edilir.

Türkmənistana 35 kiloqram tiryək gətirməyə cəhd edən qrupla birgə ələ keçirilən müğənni törətdiyi əməli etiraf edib və peşiman olduğunu bildirib.

Aşqabad şəhərində dünyaya gələn Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir.

Qeyd edək ki, Türkmənistanda narkotik vasitələrlə bağlı cəza çox sərtdir.
Narkotik qaçaqmalçılarını amnistiyaya düşməmək şərti ilə uzunmüddətli həbs cəzası gözləyir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə