Mübariz Qurbanlı şeyxi müdafiəyə qaıxdı…
Mübariz Qurbanlı şeyxi müdafiəyə qaıxdı…
28 Noyabr 2016 / 11:28 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda “Şeyxülislam” mükafatının təsis olunması ilə bağlı təklifə münasibət bildirib. 

M.Qurbanlı deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təklifi dini sahədən yazan jurnalistlərin mükafatlandırılmasını nəzərdə tutur.

O qeyd edib ki, “Şeyxülislam” mükafatının təsis olunmasına, dini mövzuda seminar keçirilməsinə etiraz edənlər ya ateistdirlər, ya da tam olaraq hansı dinə mənsub olduqlarına qərar verə bilməyiblər: “Şeyxülislam” mükafatı Allahşükür Paşazadə mükafatı deyil. Şeyxülislam başqa adamlar da olacaq. Bu mükafat o zaman da veriləcək”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan çox həssas bölgədə yerləşir: “Rusiyada dini mövzuda yazan jurnalistlərin gildiyası yaradılıb və dini həssaslıq, dini vəziyyət nəzərə alınır. Azərbaycan da həssas bir bölgədə, İslamla xristianlığın təmas nöqtəsində yerləşir. Biz də bütün məsələlərdən – etnik, dini məsələlərdən yazanda diqqətli olmalıyıq. Milli maraqlarımıza zidd olmayan mövqe seçməliyik”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə