bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Mübariz İbrahimov haqqında yazılan qalmaqallı statusa qiymət verildi: – “Şərəfini ləkələyən…”

1246 oxunma | Tarix: | 1 həftə öncə

Milli Qəhrəman Mübariz İbrahimov haqda status yazan psixoloq Nərmin Şahmarzadənin məhkəmə prosesi davam edir. Nərmin Şahmarzadəni məhkəməyə Milli Qəhrəmanın anası Şamama İbrahimova verib. M.İbrahimovun anası, psixoloqun həbsini tələb edən Şamama İbrahimovanın məhkəmə iddiası əsasında keçirilib.

Xüsusi ittiham qaydasında iddia qaldıran Şamama İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını istəyir. İşə Xətai rayon Məhkəməsində baxılır. Sonuncu məhkəmə iclasında ekspertiza təyin edilmişdi.

XƏBƏRLƏR:  Kardiologiya İnstitutunda kütləvi işdən çıxarılma – Direktor qarşısına keçəni işdən uzaqlaşdırır
Ekspertiza N.Şahmarzadənin feysbukda yazdığı fikirlərdə böhtan və təhqirin olub-olmamasını müəyyən etməli idi. Artıq ekspertizanın təyini məlumdur. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi belə nəticəyə gəlib ki, Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır.
Xatırladaq ki, N.Şahmarzadə sosial şəbəkədə Milli Qəhrəman barəsində “Öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır” və “Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman” kimi fikirlər yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir