Müəllimlərin maaşı artdı –CƏDVƏL
Müəllimlərin maaşı artdı –CƏDVƏL
17 Avqust 2016 / 18:00 / Baxış sayı: 1888
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiqlənməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Nazirlər Kabinetinin qərarına 1 nömrəli əlavə – “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyənləşib.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr:

Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür.

Bizimxeber.az



Müəllimlərin maaşı artdı –CƏDVƏL yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə