Müəllimlərin əməkhaqqı artırılacaq – RƏSMİ
Müəllimlərin əməkhaqqı artırılacaq – RƏSMİ
25 Oktyabr 2016 / 18:35 / Baxış sayı: 1306
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın 26 rayonunda noyabr-dekabr aylarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçənlər üçün əməkhaqqı sisteminin yeni qayda ilə hesablanmasına gələn ildən başlamaq nəzərdə tutulur.

Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib ki, müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsinə iki il əvvəl başlanılıb: “İlk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçrilib. 2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının müəyyənləşdirilməsi və bunun əsasında da əməkhaqqının hesablanması həyata keçirildi”.

Nazir müavininin spzlərinə görə, ötən il ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirilmə davam etdirilib, bu il 26 rayonda noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılır: “Bununla da biz ölkə üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsini 70 faizə çatdırmağı planlaşdırırıq. Başqa sözlə, islahat təxminən 100 min müəllimi əhatə edəcək”.
C.Bayramov deyib ki, hazırda Təhsil Nazirliyinin işçi qrupu diaqnostik qiymətləndirmə keçiriləcək 26 rayonda işçi səfərindədir: “Orada görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir. Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq”.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə