Müəllimi heykəltaraş şəhidimizin heykəlini hazırladı – Fotolar
Müəllimi heykəltaraş şəhidimizin heykəlini hazırladı – Fotolar
22 Sentyabr 2016 / 12:35 / Baxış sayı: 278
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu ilin aprel ayında cəbhədə gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli qoyulub.

Şamaxı Rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, şəhidin məzarının üzərinə qoyulacaq heykəlin hazırlanması təşəbbüsü Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin müəllimi Rahib Qarayev tərəfindən irəli sürülüb. Məlumata görə, heykələ lazım olan bütün avadanlıqların xərci müəllimləri tərəfindən ödənilib.

Samir Kaçayevin atası Ziyəddin Kaçayev oğlunun heykəlinin ucaldılması ilə bağlı ondan icazə alındığını deyib: “Onlar bizə gəldi, heykəlin ucaldılması ilə bağlı məndən icazə aldılar. Mən də razılıq verdim. Onlar bir yerdə oxuyub. Dedim necə istəyirsiniz elə də edin. Heykəli görməmişik. İlk dəfə qəbir üstünə qoyanda görəcəyik”.



Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə