MTRŞ sədri TRT-1-in Azərbaycandakı taleyinə aydınlıq gətirdi
MTRŞ sədri TRT-1-in Azərbaycandakı taleyinə aydınlıq gətirdi
15 Noyabr 2016 / 11:44 / Baxış sayı: 632
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Türkiyənin TRT1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün danışıqlar aparılır, bu məsələ öz həllini tapacaq”. 

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, Azərbaycan telekanalları üçün mövcud olan şərtlər TRT 1 üçün də tətbiq edilə bilər: “Sadəcə TRT1-in rəqəmli formatda yayımı üçün Teleradio İstehsalat Birliyi ilə müqavilə imzalanmalı, şərtlər yerinə yetirilməlidir. Teleradio İstehsalat Birliyi bu haqda TİKA-ya əvvəlcədən məlumat vermişdi. Əgər müqavilə bağlanmasa, onların razılığı olmadan biz onların yayımını necə həyata keçirə bilərik?!”

Qeyd edək, TRT1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə noyabrın 1-dən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.

Xatırladaq ki, TRT1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə