MTRŞ-nin ANS-ə qarşı şikayəti təmin edildi
MTRŞ-nin ANS-ə qarşı şikayəti təmin edildi
11 Avqust 2016 / 17:50 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. 

Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə MRTŞ-ın nümayəndəsi Nemət Cavadov bildirib ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində qurumun ANS-ə qarşı şikayətinin icraatının dayandırılması ilə bağlı qəbul olunan qərardad qanuna ziddir.

O qeyd edib ki, qarşılıqlı şikayət eyni motivlə bağlı olduğu üçün bir hakimin icraatına verilməli və yaxud da hakim işə baxışı bərpa etməlidir.

ANS-in vəkili Muxtar Mustafayev isə MTRŞ nümayəndəsinin mövqeyi ilə razılaşmayıb və hazırda ANS-in MRTŞ-ya qarşı 40 min manatın qaytarılması ilə bağlı şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldığını xatırladıb.

Məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra məhkəmə qərarını açıqlayaraq MTRŞ-ın şikayətini təmin edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə