“MTN işi”nə görə tutulan nazirlik işçiləri azadlıqda
“MTN işi”nə görə tutulan nazirlik işçiləri azadlıqda
07 Oktyabr 2016 / 9:28 / Baxış sayı: 884
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və onlar şərti olaraq azadlıqdan məhrum edilib. Hər iki şəxs azadlığa buraxılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs olunublar.

Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə