“Moyşik” yuduğu maşını qaçırdı
“Moyşik” yuduğu maşını qaçırdı
25 Avqust 2016 / 12:29 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb.Bizimxeber.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 23-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən avtoyuma məntəqələrindən birindən, orada işləyən Hikmət adlı şəxs, Bakı şəhər sakini Elnur Yaqubova məxsusu “Niva” markalı avtomobili qaçırıb.

Avqustun 24-də avtomobilin rayonun Babək prospektində hərəkətdə olması Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək və aidiyyəti üzrə məlumat ötürülüb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Hikmət Babayev saxlanılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə