Mövqelərimiz iriçaplı pulemyotlarla atəşə tutuldu
Mövqelərimiz iriçaplı pulemyotlarla atəşə tutuldu
22 Sentyabr 2016 / 9:52 / Baxış sayı: 262
Font1 Font2 Font3 Font4
Bizimxeber

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub. 
Bizimxeber.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə