Mövqelərimiz atəşə tutulub
Mövqelərimiz atəşə tutulub
17 Sentyabr 2016 / 10:49 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4
Bizimxeber

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub. 

Bizimxeber.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Sarıcalı kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə