Mourinyo Kontenin qulağına nə deyirdi ?
Mourinyo Kontenin qulağına nə deyirdi ?
24 Oktyabr 2016 / 15:34 / Baxış sayı: 744
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Çelsi”yə 0:4 hesablı məğlub olan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyu matçdan dərhal sonra həmkarı Antonio Kontenin qulağına dediyi sözlərin nə olduğu məlum olub.
Bizimxeber.az xəbər verir ki, portuqaliyalı məşqçi italiyalı həmkarına yaxınlaşaraq bu sözləri deyib: “Bizim məğlubiyyətə belə sevinmək düzgün deyil. 1:0 hesablı qələbə zamanı çılğın şəkildə sevinməyi başa düşmək olar. Amma 4:0 hesablı qələbə qazanarkən belə hərəkətlərin edilməsi bizi alçaldır. Bu, düzgün hərəkət deyil”.

Oyundan sonra Antonio Konte də bu barədə fikirlərini bildirib. O, Mourinyunu alçaldan heç bir hərəkətə yol vermədiyini və “Mançester Yunayted”ə həmişə hörmətlə yanaşdığını qeyd edib. Konte sözlərinə bunu da əlavə edib: “Mənim komandam belə oyunla alqışlara layiq idi. Həmin an azarkeşlərimizə futbolçuları alqışlamağı bildirirdim. Biz emosiyalarla yaşayırıq. Əgər emosiyalarımızı kəsmək istəyirsinizsə, biz evdə qala bilərik”.

Qeyd edək ki, Joze Mourinyu sabiq komandası “Çelsi”nin stadionuna ilk dəfə rəqib qismində gəlirdi. Antonio Konte vurulan 4-cü qolu çılğın şəkildə bayram edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə