Moskvada öldürülən şəxslər azərbaycanlı deyilmiş -ADLAR AÇIQLANDI – YENİLƏNİB
Moskvada öldürülən şəxslər azərbaycanlı deyilmiş -ADLAR AÇIQLANDI – YENİLƏNİB
12 Avqust 2016 / 17:49 / Baxış sayı: 670
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Moskovskiy Komsomolskiy” qəzetinin yazdığına görə Moskvada öldürülənlər Azərbaycan vətəndaşı deyil.

Lent.az-ın mk.ru-ya istinadən məlumatına görə, öldürülənlər  69 yaşlı erməni Lev Kamalyan və 39 yaşlı qırğız Nurik Mumduzovdur. Onlar “Ryanzanaskiy prospekt” metrosunun yaxınlığında slavyan görkəmli şəxslər tərəfindən bıçaqlanıblar.

Bu vaxt onlara köməyə gələn 29 yaşlı  Aleksandr cinayəti törədən şəxsləri qovalamağa başlayıb. Onlara çatan Aleksandr da  çiynindən yaralanıb.

***

Moskvada iki azərbaycanlını qətlə yetirən şəxs hadisəni törədəndən sonra paytaxtın Fərqanə küçəsində yerləşən evlərdən birində gizlənib. Lent.az-ın Moskvadakı əməkdaşının verdiyi məlumata görə, həmin şəxs naşist təmayüllü gənclər təşkilatının üzvü olub və həmin mənzildə də onların qərargahı yerləşirmiş. Ev polislər tərəfindən mühasirəyə alınıb və cinayətkar təslim olub.

Qeyd olunur ki, hadisə sırf milli zəmində baş verib. Hadisə zamanı yaralanan 1981-ci il təvəllüdlü digər həmyerlimiz isə olay baş verən zaman orda deyilmiş, sonradan köməyə gələrkən əlindən yaralanıb. Qanaxma ilə xəstəxanaya yerləşdirilən həmin şəxsin vəziyyəti yaxşıdır.

***

Rusiya paytaxtında iki azərbaycanlını qətlə yetirməkdə, birini yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmyerlilərimizin qətlində şübhəli bilinən şəxsi yaxalamağa müvəffəq olublar.

Hazırda Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin müstəntiqləri yaralanan şəxsin hadisəyə aidiyyatı olub-olmamağını araşdırırlar . Qətlin bütün versiyaları nəzərdən keçirilir.

15:10

Rusiya paytaxtında iki azərbaycanlı qətlə yetirilib, biri ağır yaralanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın “Ryanzanskiy prospekt” metrosunun yaxınlığında baş verib.

Naməlum şəxs və şəxslər bu gün səhər saatlarında kiçik ticarətlə məşğul olan 3 azərbaycanlıya soyuq silahla hücum edib. Nəticədə adları hələlik açıqlanmayan 1947-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü həmyerlilərimiz qətlə yetirilib. Digər həmyerlimiz (1981-ci il təvəllüdlü) isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Həmyerlilərimizdən birinin təcili tibbi yardım maşınında keçindiyi bildirilir.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə İdarəsində Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən bir, iki və daha çox şəxsi öldürmə) və 112-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən APA-ya verilən məlumata görə, hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. İdarədən qətlə yetirilən və yaralanan şəxslərin azərbaycanlı olduqları bildirilib. Qətlin milli zəmində törədildiyi istisna edilmir. Regionlararası Moskva Polisinin Həmkarlar İttifaqının Koordinasiya Şurasının sədri Mixail Paşkin qətlin milli zəmində törədildiyini bildirib. O, slavyan mənşəli şəxsin ticarətlə məşğul olan azərbaycanlılara hücum etdiyini söyləyib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə