Moqerini “İD” məhvinin Suriyadan asılı olduğunu dedi
Moqerini “İD” məhvinin Suriyadan asılı olduğunu dedi
13 Avqust 2016 / 9:29 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İslam dövləti” Suriya xalqına, İraqa, regiona və eyni zamanda Avropa və daha uzaq ölkələrə təhlükəli olmağa davam edir. Bizimxeber.az xarici mətbuata istinadən xəbər verir ki , bu sözləri terror qruplaşmalaırı ilə bağlı çıxışında Aİ diplomatik rəhbəri Federika Moqerini deyib. 

“Manbiyada, Suriyada  sivil vətəndaşları canlı qalxan kimi istifadə etmək, 2 min insanın əsir götürmək onu göstərir ki, Suriya konfliktində sadə vətəndaş yenə də daha çox ziyan görür”,-Moqerini cümə günü axşam Brüsseldə təşkil olunmuş iclasdakı bəyənatında deyib.

Aİ xarici işlər üzrə ali nümayəndəsi qeyd edib ki, son günlər “İD” əleyhinə aparılan hərbi mübarizədə qazanılan uğurlar məmnunluq yaradır və Avropa konfliktin  koalisiya və dinc yolla həll olunması üçün bütün gücünü sərf etməyə davam edəcək.

Moqerinin sözlərinə görə, “İD” tam məğlubiyyəti Suriyadakı vətəndaş müharibəsinin siyasi yolla həllindən asılıdır.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə