Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

MKİ məxfi sənədləri açdı

475 oxunma | Tarix: | 2 il öncə

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri naməlum uçan obyektlərin (UNO) niyə Yerə uçduqlarına aydınlıq gətiriblər.  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri naməlum uçan obyektlərin (UNO) niyə Yerə uçduqlarına aydınlıq gətiriblər. Sən demə, yadplanetlilər bizim planetə ona görə gəlirlər ki, Yerdəki faydalı mineralları öyrənsinlər.

Bu bəyanat əvvəllər girişi qadağan edilmiş, yalnız hərbçilər və alimlərin istifadəsi üçünicazə verilmiş sənədlərin araşdırılmasından sonra verilib. O sənədlərdə söhbət UNO-ların mövcudluğundan gedir.

XƏBƏRLƏR:  “Azəriqaz”ın yeni rəhbəri sabiq sədri güdaza verir?

Məlum olub ki, layihələrdən birinin şifrələrini açmaq üçün mütəxəssislər hətta parapsixologiyanı detallı şəkildə öyrənməyə məcbur olublar. Çünki bu, nəinki digər ölkələrdəki casusluq fəaliyyəti ilə bağlı bilgilərin, eləcə də, UNO-larla bağlı məxfi saxlanılan məlumatların da öyrənilməsi üçün olduqca zəruridir.

Bundan əlavə, MKİ agentləri 20 il əvvəlki, Şimali Koreya və SSRİ-nin tədqiq etdiyi UNO fenomeninə dair məxfi məlumatları da incələyiblər.

Rusiyalı ufoloq Boris Şurinov MKİ agentlərinin açıqlaması ilə bağlı deyib ki, UNO-ları təkcə minerallar deyil, Yer kürəsi ilə bağlı çox şey maraqlandırır.

XƏBƏRLƏR:  Sabiq prezidentin məhkəmə prosesi təxirə salındı

“Yerdənkənar sivilizasiyanı bizim hərbi poliqonlarımız və texnoloji təkamülün inkişaf səviyyəsi maraqlandırır. Onlar bizi və bizim yaşayış sahəmizi öyrənməyə cəhd edirlər. Onların texnologiyaları bizdən bir neçə min il irəlidədir. Bu hesabla, Yer kürəsi onlar üçün “uşaq bağçası” kimi bir yerdir” — deyə ufoloq Boris Şurinov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir