Mişel Obamaya namizədlik təklifi – VİDEO
Mişel Obamaya namizədlik təklifi – VİDEO
11 Noyabr 2016 / 16:15 / Baxış sayı: 996
Font1 Font2 Font3 Font4
Bizimxeber

Trampın prezident seçkilərini qazanmasından sonra minlərlə sosial şəbəkə istifadəçisi, Mişel Obamaya müraciət edərək növbəti seçkilərdə namizəd olmasını istəyib.

Bizimxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Trampın prezident seçilməsindən sonra artıq ölkədə indidən 2020-ci il keçiriləcək prezident seçimləri üçün propaqanda aparılır.
“Mişel Obamadan 2020-ci il namizəd olmasını xahis edirik” sözləri ilə yüz minlərlə sosial şəbəkə istifadəçisi Mişel Obamaya səslənərək prezidentliyə namizədliyini irəli sürməsi üçün xahiş edib.
Şərhlər müxtəlifdir:
“Mişel Obamanın 2020-ci ilin seçkilərini qazanması üçün mükəmməl şərait yaradılacaq”
“Mişel Obama 2020- xahiş edirik”
Qeyd olunur ki, Mişel Obama Amerikada həddindən artıq populyarlığa sahibdir.
Araşdırmalara görə, Mişel Obamanın sevənlərin nisbəti yüzdə 64 faizdir.
Bu göstərici Donald Tramp, Hillari Klinton və hətta Barak Obamadan da çox yüksək bir göstəricidir.
Lakin “first ledi”nin seçicilərinin bir problemi var. Mişel Obama mart ayında prezidentliyə namizəd olma kimi bir niyyətinin olmadığı söyləmişdi.
Amma siyasət sürprizərlə doludur. Gözləyək…

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə