Mingəçevirdə şəhid ailələrinə qarşı hörmətsizlik
Mingəçevirdə şəhid ailələrinə qarşı hörmətsizlik
13 Sentyabr 2016 / 13:23 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qurban Bayramı ilə əlaqədar ölkənin bütün bölgələrində tədbirlər keçirilir, şəhid ailələri, əlillər, aztəminatlı insanlara yardımlar edilir. Tədbirləri rayon rəhbərlikləri ilə yanaşı, ictimai təşkilatlar tərəfindən təşkil olunur.

Amma bəzi yerlərdə bu narazılıqla qarşılanır. Belə ki, hadisələrdən biri Mingəçevirdə baş verib. Bu barədə Qaynarinfo.Az-a şəhər sakini, şəhid anası Qəndab Rzayeva bildirib. Şəhid Elşən Kərəm oğlu Rzayevin anası bildirir ki, Mingəçevirdə şəhid ailələrinə qarşı ayrı-seçkilik, hörmətsizlik edilir.

Onun sözlərinə görə, Qurban Bayramı ilə bağlı keçirilən aksiyalarda bəzi şəhid ailələri diqqətdən kənarda qalır. Özü də bu işi Mingəçevir şəhər İcra Hakimiyyəti yox, şəhərdə şəhid ailələri və əlillərlə bağlı fəaliyyət göstərən iki cəmiyyət tərəfindən həyata keçilir. Onlar isə şəhid ailələrini diqqətdən kənarda saxlayır.

“Məsələ Qurban ətinin və ya hansısa yardımın verilməsindən getmir. Buna heç ehtiyacımız da yoxdur. Amma şəhid ailələrinə diqqətsizlik, hörmətsizlik bizə pis təsir edir” deyə şikayətçi bildirib.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə