Milyonçu icra başçısının sərvəti açıqlandı – Sabirabad şefinin nələri var?
Milyonçu icra başçısının sərvəti açıqlandı – Sabirabad şefinin nələri var?
25 Oktyabr 2016 / 11:17 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4
Bizimxeber

1500 manat civarında maaş alan Sabirabad rayon icra hakimiyyətinin başcısı Nazim İsmayılovun oğlunun dəbdəbəli həyat tərzi ilə bağlı dəfələrlə mətbuatda məlumat verilib. Bahalı maşınları, xarici ölkələrə səyahət və xüsusi əyləncələrə meyilli olması artıq hamıya məlumdur.

Bundan başqa Nazim İsmayılovun və oğlunun Göyçay rayonunda dəyəri milyonlarla öçülən xeyli daşınmaz əmlaklarının olması barədə də məlumat verilmişdi. Bütün bunlar hansı vəsaitin hesabınadır? Prezdent Ilham Əliyevin məmurlara və onların ailə üzvülərinə etdiyi xəbərdarlıqlar Nazim İsmayılovu və onun oğlunu maraqlandırmır ?

Bu gün sizə verəcəyimiz məlumat isə icra başcısı Nazim İsmayılovun Sabirabadda dövlətçilik əleyhinə olanları, Prezdent İlham Əliyevin yürütdüyü siyasətə qarşı çıxanları, cinayətkarları vəzifələrə gətirməsi ilə bağlıdır.

Bizimxeber.az-a daxil ola məlumata görə, 2016 cı ilin yanvar ayında mərkəz Sabirabad rayonu olmaqla 12 saylı ərazi regional maliyyə-hesablama mərkəzi yaradıldı. Həmin mərkəzə icra başcısı Nazim İsmayılovun xeyir duası ilə 65 yaşlı texnikum təhsilli, 2002 ci ildə Rusiyanın cənub ali humanitar institunun BHC691766 nömrəli saxta diplomunu əldə etmiş, Sabirabad rayonunda sırf müxalifətçi kimi tanınan Elxan Əsədov təyin edilmişdir.

E. Əsədovun 2002 ci ildə işlədiyi rayon mədəniyyət şöbəsinin baş mühasibliyi vəzifəsi dövlət qullugu təsnifatına daxil olduğu üçün o həmin saxta diplomu əldə edərək 2002 ci ildən 2016 cı ilədək dövlətə xayanət edərək maliyyə fırıldaqlarına getmiş, dövlət qulluğu ilə külli miqdarda vəsaiti mənimsəmişdir. E.Əsədov pensiyaya çıxarkən dövlət sosial müdafiə fondunun rayon şöbəsini aldadaraq dövlət qulluğuna aid edilən pensiya almağa da müvəffəq olmuşdur.Onun tutduğu hazırki vəzifəsi dövlət qulluğu təsnifatına daxil olmadığı halda Elxan Əsədov 2016 cı ilin yanvar ayında ona saxta diplomla əlaqədər hesablanmalı olmayan əmək haqqını birdəfəlik 6 misli miqdarında müavinəti dövləti aldadaraq almışdır.Bütün bunlar cinayətdir. O Sabirabadda dəyəri 100 minlərlə ölçülən bahalı mülklərə sahibdir.

Elxan Əsədov  bütün dövrlərdə müxalifətçi kimi  rayonda hamının tanıdığı bir insan olmuşdur.Onun yeznəsi Ağayev Azər Mirələm oğlu və qohumları bütün seçkilərdə İsa Qəmbərin, Əli Kərimlinin Milli Şuranın Pənah Hüseynin müşahidəçisi kimi iştirak edərək onları azgınlıqla müdafiə etmiş, iqtidar nümayəndələrinə həmişə başağrısı olmuşlar.E.Əsədov öz müxalifətçiliyini gizlətmək üçün 2016 cı ilin may ayında YAP sıralarına keçmişdir.
Bunu da qeyd etməliyik ki E.Əsədov öz qızını Təhsil Nazirliyinin heç bir razılığı və göstərişi olmadan rayonun ən böyük məktəbi olan N. Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinə direktor təyin etdirmişdir.

Onun qızı Könül Əsədova həmin məktəbdə cəmi altı ay 0,5 ştat həcmində direktor müavini vəzifəsində işləmişdir.K.Əsədova nevroloji xətəlikdən əziyyət çəkir.O məktəbi özünün rüşvət obyektinə də çevirib. Məktəbin kollektivinə bildirib ki atam icra başcısı Nazim İsmayılova 30 min manat pul verib. Məni bura təyin etdirib. Başcı mənə deyib ki, o məktəb sənindir. Könül xanımın məktəbə rəhbərlik etdiyi 6 ay ərzində təhsil ocağı bərbad hala düşüb. Artıq valdeynlər uşaqlarını bu məktəbdən çıxarıllar”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə