Milyarder Kərimov Telman İsmayılova hücuma keçdi NEFT OĞURLUĞU
Milyarder Kərimov Telman İsmayılova hücuma keçdi NEFT OĞURLUĞU
02 Avqust 2016 / 14:36 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4
Bizimxeber

İllərdir açıq-aşkar neft oğurluğunun baş verdiyi Mahaçqala limanını ələ keçirmək uğrunda hazırda müflis vəziyyətdə olan yəhudi əsilli azərbaycanlı olqarx Telman İsmayılovla dağıstanlı milyarder Süleyman Kərimov arasında mübarizə başlayıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, hökumətin özəlləşdirmə proqramına əsasən dövlət mülkiyyətində olan Mahaçqala limanı ilin sonuna qədər Dağıstan hökumətinin mülkiyyətinə veriləcək və özəlləşdirməyə çıxarılacaq.

İndiyədək limana əsas iddiaçılar “Nafta-Moskva” şirkətlər qrupunun sahibi, dağstanlı milyarder-oliqarx, Federasiya Şurasının Dağıstandan olan üzvü Süleyman Kərimov və “Summa” şirkətlər qrupunun sahibi, digər dağıstanlı oliqarx Ziyavudin Maqomedov hesab olunurdu. Lakin bu günlərdə limana sürpriz iddiaçı ortaya çıxıb. Bu, hazırda müflis vəziyyətdə olan, bütün aktivləri əlindən çıxan və üst-üstə 1.5 milyard dollarlıq borc tələbi ilə üzləşən Telman İsmayılovdur.

Mətbuata məlum olub ki, hələ özəlləşdirməyə çıxarılmamış Mahaçqala limanını almağa Türkiyənin liman operatoru “Yılport Holding” maraq göstərir. Holdinqin adından Dağıstan rəhbərliyi ilə danışıqları aparan isə Telman İsmayılovdur. Bildirilir ki, Türkiyədə yaşayan T.İsmaylovun bu holdinqlə bağlılığı var və o, Dağıstan rəhbəri Ramazan Abdulatipovla yaxın münasibətlərindən istifadə edərək bu gəlirli obyekti ələ almağa çalışır.

Lakin Mahaçqala limanına digər iddiaçı Süleyman Kərimov Dağıstan rəhbəri ilə yaxın əlaqələri olan Telman İsmayılovun limanı ələ keçirməyə çalışdığını öyrənən kimi əks hücuma keçib. Biznesmenin strukturları ilə əlaqəli olan “Arolia Holding” Dağıstanın Arbitraj məhkəməsində  “Mahaçqala dəniz təcarət limanı” dövlət idarəsinə qarşı 678 milyon rubl məbləğində iddia qaldırıb. Məlum olub ki, “Arolia Holding” Mahaçqala limanının “Sberbank” qarşısında yarım milyard rubldan artıq olan kredit borcunu alıb və indi limanı məhkəməyə verərək ya borcun ödənilməsini, ya limanın müflis elan edilməsini istəyir. Əgər iddia təmin olunsa Mahaçqala limanı müflis olacaq. Kərimov isə müflis olmuş limanı qəpik-quruşa ələ keçirəcək.

Mahaçqala limanında neft oğurluğu haqda Rusiya mətbuatı neçə vaxtdır yazır. Məlumatlara görə Rusiya şirkətlərinin Xəzərdən hasil etdiyi neftin bir hissəsi Mahaçqala limanından oğurlanır və liman rəhbərliyinin qeyri-leqal neftayırma zavodlarına ötürülür. Mahaçqala limanında neft oğurluğuna görə bu yaxınlarda “Lukoil” şirkəti Xəzərdən hasil etdiyi nefti Bakı-Tiflis-Ceyhan kəmərinə yönəldə biləcəyinə dair xəbərdarlıq edib.

Limanda hökm sürən oğurluq və korrupsiyaya görə bu ilin mayında “Rosmorreçflot” limanın direktoru Əhməd Hacıyevi işdən azad etməyə cəhd göstərib. Lakin liman direktoru öz tərəfdarlarını mitinqə toplayıb və üstəlik onlara “Kalaşnikov” avtomatları da paylayıb. Mətbuat yazır ki, Mahaçqala sakinləri bu mənzərəni görəndə müharibə başladığını zənn ediblər…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə