Millimizin təyyarəsində gətirilən 8 televizor kimindir? – Açıqlama
Millimizin təyyarəsində gətirilən 8 televizor kimindir? – Açıqlama
14 Noyabr 2016 / 14:32 / Baxış sayı: 832
Font1 Font2 Font3 Font4
Bizimxeber

Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya səfər oyunundan (0:4) sonra Bakıya 8 televizorla qayıdıb.

Belə bir iddia ilə “Sky sports” çıxış edib. Həmin televizorların dəqiq kim və ya kimlər tərəfindən alındığı bilinmir.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu məsələ ilə bağlı AzNews.az-a açıqlama verib:

“Bunun futbolçularımıza heç bir aidiyyatı yoxdur. Deyilən o televizorları milli ilə birlikdə Şimali İrlandiyaya yola düşən azarkeşlər alıblar. Bu televizorların hamısı da azarkeşlərə məxsusdur”.

Qeyd edək ki, yerli elektronika mağazasından 12 min funt sterlinq (təxminən 25000 AZN) dəyərində alış-veriş edildiyi bildirilir. Həmin televizorlardan üçü 72 düymlük olub. Qarşılaşmadan sonra həmin 8 televizor millimizi Bakıya gətirən təyyarəyə yüklənib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə