Millimiz dünya çempionu ola bilməyəcək
Millimiz dünya çempionu ola bilməyəcək
26 Sentyabr 2016 / 11:49 / Baxış sayı: 908
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gecə Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının 1/4 final mərhələsinə yekun vurulub. 

Fanat.Az saytının məlumatına görə, tarixində ilk dəfə mundilda çıxış edən  Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda matçda Portuqaliya ilə üz-üzə gəlib.

Millimiz üç aparıcı futzalçısı – Rövşən Hüseynli, Fineo və Vassouranın cəza üzündən buraxdığı görüşə aktiv başlasa da, hesabı rəqib açıb. 8-ci dəqiqənin gedişində Djo fərqlənib. Komandamız bu qola 4 dəqiqə sonra Bolinya ilə cavab verib.

Hissənin sonuna 2 dəqiqə qalmış pirineylilər yenə önə keçiblər. Joao Matoş komandasının fəasiləyə üstün yollanmasını təmin edən qolu vurub.

İkinci hissəyə də fəal başlayan yığmamız cavab qolunu vurmağa macal tapmamış 3-cü dəfə məyus olub. 28-ci dəqiqədə Rikardinyo Portuqaliyanın üstünlüyünü möhkəmlədib.

3-cü qoldan sonra təzyiqi artıran Miltinyonun yetirmələri 35-ci dəqiqədə istəyinə çatıb. Eduardo komandamızı ümidləndirib. Ancaq görüşün sonları yaxınlaşdıqca futzalçılarımızın bütün cəhdlərinə rəğmən Portuqaliya millisinin qapıçısı Bebe fövqalədə çıxışı ilə bərabərlik qoluna imkan verməyib. Bir neçə epizodda Viatli, Eduardo və İsa Atayevin zərbələrinə möhtəşəm reaksiya verən qapıçı yarımfinala gedən yolda millisinin əsas qəhrəmanı olub.

Son saniyələrə qədər cəhd etməsinə baxmayaraq, matçı məğlub başa vuran Azərbaycan yığması isə ilk dəfə qatıldığı mundiala 1/4 final mərhələsindən vida edib.

DÇ-2016

1/4 final

25 sentyabr

Azərbaycan – Portuqaliya – 2:3

Qollar: Tyaqo Bolinya, 12, Eduardo, 35 – Djo, 8, Joao Matoş, 18, Rikardinyo, 28

Hakimlər: Serjio Kabrera (Kuba), Joze Katemo (Anqola), Xalid Hnix (Mərakeş), Xamis Hassan Al-Şəmsi (BƏƏ)

Kali. Kolizeo el Pueblo

Azərbaycan: 1. Emin Kürdov (q), 3. Tyaqo Bolinya, 6. Eduardo, 9. Fabio Poletto, 13. Qallo

Ehtiyat oyunçular: 2. Elnur Zamanov (q), 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Vitali Borisov

Portuqaliya: 1. Bebe, 3. Bruno Koelyo, 7. Kardinal, 9. Joao Matoş, 10. Rikardinyo (k)

Ehtiyat oyunçular: 12. Vitor Hüqo (q), 14. Kristiano (1), 2. Andre, 4. Migel Kastro, 5. Fabio Sasilio, 6. Pedro Kari, 8. Djo, 11. Re, 13. Tyaqo Brito

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə