Milli Qəhrəmanın oğluna yeni vəzifə verildi
Milli Qəhrəmanın oğluna yeni vəzifə verildi
02 Sentyabr 2016 / 14:26 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub. 22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun oğludur.(report)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə