Milli Məclisin ilk iclasında nə müzakirə olunacaq ?
Milli Məclisin  ilk iclasında nə müzakirə olunacaq ?
30 Sentyabr 2016 / 10:32 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək.

İlk plenar iclasın gündəliyinə 31 məsələ daxil edilib.

Belə ki, Milli Məclisin payız sessiyasında işlər planı, “Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” layihə, “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Həmçinin bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur.

Bunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunda dəyişiklər ( 2-ci səsvermə), Deputatların yeni komitələrə üzvlüyə qəbul olunması məsələsi, Vergi Məcəlləsinə dəyişiklik, “Mədəniyyət haqqında” qanuna dəyişiklik, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik, “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik, “Reklam haqqında” qanuna dəyişiklik, “Yol hərəkəti haqqında” qanuan dəyişiklik, “Kargüzarlıq haqqında” qanuna dəyişiklik, Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Cinayət Prosessual Məcəlləyə dəyişiklik və bir sıra hökumətlərarası memorandum, saziş və müqavilələrin təsdiqi olacaq.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası dekabrın 30-dək davam edəcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə