Milli Məclisə pulla “işə götürən”ə hökm oxundu
Milli Məclisə pulla “işə götürən”ə hökm oxundu
25 Noyabr 2016 / 17:43 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda vətəndaşı Milli Məclisdə işə düzəldəcəyini deyərək dələduzluq etməkdə təqsirləndirilən Fərasət Dəyyanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə F. Dəyyanov 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F. Dəyyanov zərərçəkən İsmayıl Quliyevin etibarından sui-istifadə edərək, onu, Milli Məclisin Aparatında hüquqşünas vəzifəsinə düzəldəcəyini deyərək, 25 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə