Milli komandanın baş məşqçisi istefaya göndərilir?
Milli komandanın baş məşqçisi istefaya göndərilir?
20 Sentyabr 2016 / 12:50 / Baxış sayı: 422
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Güləş Federasiyası yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Cəmşid Xeyrabadinin istefaya göndərilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Federasiyadan baş məşqçinin işinin başında olduğu, istefaya göndərilmədiyi bəyan edilib: “Mətbuatda yunan-Roma güləşi üzrə yığma komandanın məşqçilər korpusunda dəyişiklik olunması barədə yazılara münasibət olaraq bildiririk ki, hazırda yığma komandanın məşqçilər korpusunda dəyişiklik müzakirə mövzusu deyil. Hər hansı bir dəyişiklik baş verərsə, rəsmi qərar barədə mətbuata əlavə açıqlama veriləcək”.

Qeyd edək ki, mətbuatda yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Cəmşid Xeyrabadinin istefaya göndərildiyi barədə məlumat yayılıb. İddia olunur ki, onun işdən çıxarılmasına səbəb Rioda keçirilən Olimpiya oyunlarında komandanın qənaətbəxş nəticə göstərməməsidir. Baş məşqçini gənclərdən ibarət komandamızın baş məşqçisi Şaban Donatın əvəz edəcəyi də yayılan informasiyalar sırasındadır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə