Millət vəkilindən şəhid ailəsinin müsahibəsinə münasibət
Millət vəkilindən şəhid ailəsinin müsahibəsinə münasibət
15 Avqust 2016 / 12:46 / Baxış sayı: 514
Font1 Font2 Font3 Font4
Bizimxeber

Millət vəkili Aydın Mirzəzadə aprel döyüşlərində şəhid olmuş Rahim Tağıyevin həyat yoldaşının müsahibəsinə münasibət bildirib. Qaynarinfo.Az xəbər verir ki, bu barədə deputat öz “Facebook” səhifəsində yazıb.

“Bu gün mətbuatda aprel döyüşlərində səhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın bir neçə məsələ ilə bağlı müsahibəsi çıxıb.

Şəhid ailəsi Mİngəçevirdə yaşadığına görə dərhal Vüsalə xanımla əlaqə saxladım.

Qaldırdığı məsələlərin bir qismi həll olunmaq mərhələsindədir və bu barədə ona məlumat verildi.

Digər məsələrlə bağlı Mingəçevir şəhər icra hakimiyyəti başmısının birinci müavini və mərkəzi şəhər xəstəxanasının baş həkimi ilə əlaqə saxladım.

Şəhid statusu ilə əlaqədar bir neçə məsələnin həllinin şəhər rəhbərliyinin nəzarətində olduğunu və yaxın günlərdə həllini tapacağını bildirdilər. Şəhər xəstəxanasından dərhal onun evinə həkim göndəriləcəyinə söz verdilər və nəticəsi bardədə mənə bu gün məlumat verəcəklər.

Şəhər təhsil şöbəsi şəhid ailəsinin məktəbə hazırlıq məsələsini öz üzərinə götürüb.

Bütün bu məsələlər barədə şəhidin ailəsinə xəbər verildi və qarşılaşdığı istənilən problem barədə mənə müraciət etməsini xahiş etdim”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə