Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Mikayıl Müşfiqin abidəsi aşırıldı – VİDEO

1923 oxunma | Tarix: | 2 ay öncə

Qaradağ Rayon İcra Hakimiyyəti Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsinin aşırılmasına münasibət bildirib.

İH-nin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov açıqlamasında bildirib ki, Mikayıl Müşfiqin Müşfiqabad qəsəbəsindəki abidəsi və ətrafı yararsız vəziyyətdə idi: “Ərazidə abadlıq işləri aparılıb və yeni mərmərdən abidə hazırlanıb. Çıxarılan abidə sovet dövründə gipsdən hazırlanıb. O, Mikayıl Müşfiqin şəxsiyyətinə, şairliyinə yaraşmayan abidə idi. Hər dəfə ağardılırdı və görkəmi də ona oxşamırdı”.

XƏBƏRLƏR:  Gecəki yanğında uşaqlar belə xilas edildi - Fotolar

“Dünən Mikayıl Müşfiqin mərmərdən yeni abidəsi köhnə abidənin yerinə qoyulub”, – deyə şöbə müdiri qeyd edib. Qeyd edək ki, Mikayıl Müşfiqin Qaradağ rayonu ərazisindəki büstü traktorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir