Mikayıl Cabbarov TQDK-nın nəticələrini dandı
Mikayıl Cabbarov TQDK-nın nəticələrini dandı
01 Sentyabr 2016 / 17:26 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu il ali təhsil müəssisələrinə rekord sayda məzun (34770 nəfərə yaxın) daxil olub.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu, balların aşağı salınmasının deyil, akademik göstəricilərin yaxşılaşması nəticəsində əldə edilib. Onun sözlərinə görə, ali məktəblərə qəbul üzrə orta bal yüksəlib: “Bir çox halda məktəblər qiymətləndirilərkən təhsil barədə cəmiyyətdə gedən diskusiyalarda, məqalələrdə, yazılarda 1-2 amil önə çəkilir. Bunlar hansı rayonun, məktəblərin məzunlarının buraxılış və qəbul imtahanlarında hansı nəticələr əldə etməsidir. Bunlar həqiqətən mühüm nəticələr və obyektiv ölçülə bilən göstəricilərdir. Bu imtahanlar nəticəsində obyektiv şəkildə bir məktəbin məzunlarını digər məktəbin məzunları ilə müqayisə edə bilirik”.

Nazir əlavə edib ki, son illər bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ciddi uğurlara nail olunub. Onun sözlərinə görə, əgər 2012-ci ildə 9-cu siniflərdə buraxılış imtahanlarında ölkə üzrə bütün şagirdlərin 50%-i (2 şagirddən biri) müsbət qiymət alırdısa, 2016-cı ilin nəticələrinə əsasən, bu rəqəm 69% olub.

M.Cabbarovun sözlərinə görə, bu dəyişiklik ildən-ilə artır və artım qəbul imtahanlarının nəticələrində də büruzə verir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə