Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Mikayıl Cabbarov sahibkarlara səsləndi — VİDEO

970 oxunma | Tarix: | 1 həftə öncə

Biz populizmi və populist tələbləri real ehtiyaclardan ayıran imkanlara malik olmalıyıq. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində digər dövlət qurumları ilə vahid komanda halında işləyərək, qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək. M.Cabbarov vergi sahəsində aparılan islahatlardan da danışıb. Nazir bildirib ki, vergi sahəsində aparılan islahatlar müsbət nəticələr verib.

M.Cabbarov bununla belə, nöqsanların olduğuna da diqqət çəkib: “Bəzi hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etmişik. Bəzi hallarda isə gözləntilər hələ də özünü doğrultmayıb. Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq”, – deyə M.Cabbarov bir daha sahibkarlara, iş adamlarına dostluq təklif etdiyini xatırladıb:

XƏBƏRLƏR:  Əli İnsanov "Müsavat"a gəldi

“Dostluq bir çox hissiyyatlardan fərqli olaraq, birtərəfli ola bilmir. Dostluq hər zaman ikitərəfli yoldur. Çünki sən dost dedikdə, həm güvənirsən, həm də insana güvən üçün hüquq verirsən, bu hüququ onun üzərinə ötürürsən. Birmənalı şəkildə inanıram ki, Azərbaycanda sahibkarlıq, iqtisadi fəaliyyətin subyektləri böyük bir yol keçib. Bu yolda çətinliklər olacaqmı, bu yolu birlikdə necə keçəcəyik?

XƏBƏRLƏR:  Sumqayıtda dəhşət: Müəllim şagirdə elə söz dedi ki, qızın əsəbdən ağzı əyildi

Bu, hər iki tərəfdən, öz üzərində, gündəlik işlərində, yanaşmalarında müəyyən yeniliklər tələb edir. Biz öz tərəfimizdən bu yolu keçməyə hazırıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir