Mikayıl Cabbarov direktor postlarını neçəyə satır? – ŞOK iddialar
Mikayıl Cabbarov direktor postlarını neçəyə satır? – ŞOK iddialar
09 Sentyabr 2016 / 11:49 / Baxış sayı: 376
Font1 Font2 Font3 Font4
Bizimxeber
İmtahandan və müsabiqədən keçən namizədə niyə vəzifə verilməyib?
Masallı rayon Xallıcalı kənd sakini, Masallı şəhər 3 saylı tam orta məktəbin müəllimi, peşəkar təhsil işçisi Füzuli Nuriyev təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. 
AFN.az-a məsələ ilə bağlı danışan F.Nuriyev bildirib ki, o, orta ümumi təhsil məktəb direktorlarının işə qəbulu müsabiqəsinin iştirakçısı olub və imtahandan müvəffəqiyyətlə keçib: “16 aprel 2016-cı ildə həmin müsabiqənin test imtahanı mərhələsində iştirak edərək 55 bal (91,66 faiz) toplayıb öikə üzrə ən yüksək nəticələrdən birinə nail olmuşam. Həmin nəticəmə əsasən birinci seçdiyim vakant yer olan Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbə işə girmək hüququ qazanmışam.
11 avqust 2016-cı ildə müsahibə mərhələsində iştirak edərək təqdimat etmişəm və verilən sualları tam dolğun şəkildə cavablandırmışam. Hətta mənə müsahibədən kənar suallar da verilib və onları da yüksək səviyyədə cavablandırmışam. Çox razılıqla yola salınmışam. Başqalarına baxmayaraq, orada mənə “keçmədin” deyə bildirilməyib. Müsahibədən sonra məktəb direktorluğuna təyinat gözlədiyim halda, 30 avqust 2016-cı ildə Masallı rayon təhsil şöbəsindən şifahi olaraq öyrəndim ki, mənim adım direktor təyin olunanların ümumi siyahısında yoxdur. Masallı rayonu üzrə vakant olan 13 yerdən 7 yerə direktor təyin olunub ki, bunların da 6 nəfəri elə əvvəldən direktor əvəzi işləyirdilər.Əgər bu müsabiqə direktor əvəzlərini direktor kimi rəsmiləşdirmək xarakteri daşıyacaqdısa, onda bizləri niyə müsabiqəyə qatırdılar? Buna görə də haqqımın bərpa olunacağı tələbi ilə apelyasiya şikayəti ilə sizə müraciət edirəm”.

F.Nuriyev deyir ki, bütün təcrübəsinə, şəxsi keyfiyyətlərinə baxmayaraq, ona məlum olmayan səbəbdən Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbə direktor təyin edilməyib: “Hazırda rayonumuzun ən böyük şagird kontingentinə malik olan həmin məktəbi direktorsuz qalıb və bu da həmin məktəbin normal işinə mənfi təsir edərək qeyri-müəyyənlik yaradır.

Onu da qeyd edim ki, mənim peşəkarlıq, işgüzarlıq səviyyəmi və digər şəxsi keyfiyyətlərimi əks etdirən xasiyyətnamə Masallı RTŞ tərəfindən mənim razılığım olmadan tərtib edilərək, məni həmin xasiyyətnamə ilə tanış olmama şərait yaratmadan müsahibə komissiyasına göndərilib. Bu hal Əmək Məcəlləsinin 88.2.maddəsinin kobud şəkildə pozulması deməkdir, bu halda həmin xasiyyətnamə heç bir hüquqi təsiredici qüvvəyə malik deyil və yekun qərar qəbul edilərkən hüquqi əsas kimi qəbul edilə bilməz.

Belə ki, ƏM-in 88. 2 maddəsində yazılıb: “İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq orqanlara, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir”.

Əgər həmin xasiyyətnamə əsas kimi götürülmüşsə, onda həmin xasiyyətnamənin surətini tələb edirəm. Mənim işgüzar keyfiyyətlərimi qəsdən aşağılayan həqiqətə uyğun olmayan yanlış məlumatları ora daxil edən, özü isə vəzifə saxtakarlığına görə bu yaxınlarda haqlı olaraq vəzifəsindən azad edilən Masallı RTŞ sabiq müdiri Astan İbişov barəsində hüquq müstəvisində tədbir görülməsinə nail olacam. Onu da qeyd edim ki, mən Masallı rayonu üzrə ən yüksək bal toplamışam. Necə olur ki, məndən aşağı bal toplayanlar direktor təyin olunur, mən isə aşağılanmış şəkildə kənarda qalıram? Nəzərə alınsa ki,yeni təyin olunmuş direktorlardan ikisi iki ay öncə işdə yol verdikləri ciddi nöqsanlara görə məktəb direktorluğundan azad edilmişlər və indi yenidən direktor təyin olunublar.Buna təsir edən amil nədir?

Qeyd edək ki, F.Nuriyev Pedaqoji Universiteti iki ixtisas üzrə fərqlənmə diplomu ilə bitirib. Özünün bildirdiyinə görə, çoxlu yerli və beynəlxalq treninqlərin sertifikatların qazanıb. Yeni fənn kurikulumlarının tətbiqi üzrə təlimçidir və onlarla şəhərdə yüzlərlə fənn müəlliminə təlim keçib. “İntel-gələcək üçün təhsil”layihəsi üzrə təlimçidir: “Siyasi məfkurəmə görə 17 ildir Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, 70saylı Masallı şəhər DSK 31 saylı Mn seçki komissiyasının sədri və həlledici səs hüquqlu üzvüyəm. 32 ildir fasiləsiz olaraq təhsil sahəsində çalışıram və bu müddət ərzində sıravi müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmışam. Pedaqoji mətbuatla daim əməkdaşlıq edirəm və çoxlu məqalələrim dərc olunub. Dərsliklərin müzakirəsinə həsr olunmuş konfranslarda daim məruzələrim olub. Yaşadığım kənddə liderlik keyfiyyətlərimi nəzərə alaraq məni İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində Kənd icmasının sədri seçiblər və elə bu yaxınlarda iri bir layihəni uğurla başa çatdırmışam. Təhsil Texnologiyaları Mərkəzində mentor statusu almışam.

Göründüyü kimi, kifayət qədər üstün keyfiyyətlərə malik olan, imtahandan da müvəffəqiyyətlə keçən bir mütəxəssisin təyinatı hansısa qaranlıq səbəblərdən gecikib. AFN.az-ın bu istiqamətdə apardığı araşdırmalar zamanı maraqlı faktlar aşkarlanıb. Hazırda həmin faktların gerçəkliyi yoxlanır və əməkdaşlarımız aşağıdakı sualların cavabını hazırlayırlar:

Təhsil Nazirliyində müsabiqəni kim keçirib?
Fərzəli Qədirov nazirlikdə nə işə baxır?
Onun “müsabiqəsindən” keçməyənlərin aqibəti necə olur?
Orta məktəb direktoru olmaq istəyən namizədlər arasında əsl “seçim” necə aparılır? və s.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə