Meyiddən orqan köçürülməsi müzakirələri davam edir
Meyiddən orqan köçürülməsi müzakirələri davam edir
07 Sentyabr 2016 / 13:32 / Baxış sayı: 558
Font1 Font2 Font3 Font4
Bizimxeber

Artıq meyitdən insana orqan köçürülməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr aparılır.

Trend-in məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F.Babayev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir. Çox sayda insanların isə böyrək nəqli əməliyyatına ehtiyacı var: “Ona görə də artıq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müzakirələr aparılır ki, meyitlərdən orqanların köçürülməsinə təkan verilsin”.

F.Babayev deyib ki, Azərbaycanda böyrək xəstəliklərinə daha çox Gəncə, Şəmkir, Ağstafa, Tovuz və şimal zonasında rast gəlinir.

F.Babayevin sözlərinə görə, uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi böyrək xəstəliklərindən dolayı baş verə bilir. Amma sonradan da hər hansı bir xəstəlik böyrək çatışmazlığı ilə fəsadlaşa bilər: “Son vaxtlar şəkərli diabet və ürək xəstəlikləri də böyrək çatışmazlığı ilə fəsadlaşla bilər. Ona görə bu xəstəliklərin sayı ümumi xəstəlik populyasiyası ilə daha çox rast gəlinir. Anadangəlmə böyrək xəstəlikləri irsi böyrək xəstəlikləridir. Bu da ümumi böyrək xəstəliklərinin sayının artmasına səbəb olan faktorlardan biridir”.

F.Babayev əlavə edib ki, insanlarda soyuqdəymə, qaraciyər, qan dövranının pozulması hesabına da böyrək xəstəliklərinin yaranması ehtimalı böyükdür: “Böyrək xəstəlikləri fəsadlaşan xəstələrin sayı 10 minə yaxındır. Onların da 3100 nəfəri böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə