Metroda bomba həyəcanı yaşadan şəxsin məhkəməsi başlayır
Metroda bomba həyəcanı yaşadan şəxsin məhkəməsi başlayır
22 Sentyabr 2016 / 11:04 / Baxış sayı: 178
Font1 Font2 Font3 Font4
Bizimxeber

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmə prosesinə hakim Azər Orucov sədrlik edəcək. Keçiriləcək hazırlıq iclası sentyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. 102 xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə