Metro qiyməti bahalaşacaq? – Rəsmi açıqlama
Metro qiyməti bahalaşacaq? – Rəsmi açıqlama
29 Noyabr 2016 / 13:54 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün Tarif Şurasının qaz və elektrik enerjisinin qiyməti ilə bağlı qərarından sonra bir çox sektorlarda qiymətlərin bahalaşması gözlənilir. 

Elektrik enerjisinin ən böyük istehlakçılarından biri də “Bakı Metropoliteni” QSC-dir. Bu il dövlət büdcəsindən dotasiyaların ayrılmasında müəyyən problemlər var.

Büdcə xərclərinin kiçildilməsi, həmçinin dotasiya vəsaitinin kiçilməsinə gətirib çıxarır. Yerli ekspertlər hesab edir ki, belə olan təqdirdə Bakı metropoliteninin Tarif Şurasına gediş haqqı qiymətinin artırılması ilə bağlı müraciəti qaçılmazdır.

Elektrik enerjisinin bahalaşmasının ardından  “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Qaynarinfo.Az-a bildirdi ki, hələlik qiymətlə bağlı Tarif Şurasına müraciət edilməyib:

“Metropoliten illərdir ki, itkilərlə çalışır və dövlət dotasiyalarla itkiləri qarşılayır. Elektrik enerjisi bahalaşıb. Yəqin ki, qiymətlər bir yolla tənzimlənəcək. Hazırda qiymətlə bağlı müzakirə yoxdur. Biz özəl şirkət deyilik ki, işığın qiyməti artan kimi biz də qiymətləri artıraq. Biz Tarif Şurasına müraciət etməmişik və hələlik müraciətlə bağlı fikrimiz yoxdur”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə