Meteor yağışı yağacaq
Meteor yağışı yağacaq
12 Avqust 2016 / 11:14 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bu ay Yer sakinlərini parlaq “ulduz yağışı” təəccübləndirəcək. Perseida adlı ən güclü meteor axını artıq gecə səmasını işıqlandırmağa başlayıb.
Perseida meteor axını hər il avqust ayında baş verir. Ulduz düşməsi adətən 17 iyul – 24 avqust tarixlərində fəal olur. Beynəlxalq meteoroloji təşkilatın verdiyi məlumata görə, 12 avqust tarixində saat 22.15-dən 00.45-dək ulduz düşməsi fəallığının maksimal həddinə çatacaq. Nəticədə, meteorların sayı ötən illərə nisbətən 150-200-dək artacaq.
Qeyd edək ki, ulduz yağışı yer atmosferində xırda hissəciklərin yanması nəticəsində yaranır. Əksər meteor axınları kimi Perseida da kometa “quyruğunun” qalıqlarından yaranır. Kometa özü Yer kürəsinə yalnız 135 ildə bir dəfə yaxınlaşsa da bizim planetimiz onun “quyruğunun” arasından hər il keçir.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə