Meteohəssas insanlar, ehtiyatlı olun!
Meteohəssas insanlar, ehtiyatlı olun!
30 Avqust 2016 / 13:08 / Baxış sayı: 568
Font1 Font2 Font3 Font4
Bizimxeber

 Avqustun 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən Bizimxeber.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 20-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti sabah əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, avqustun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda bəzi saatlarda havada rütubətliyin nisbətən çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə