Əsas menu

Məsud Bakıda Əminəyə 200 minlik hədiyyə verib 

UEFA Avropa Liqasının finalı üçün paytaxtımıza gələn “Arsenal”ın futbolçusu Məsud Özil Bakıda model sevgilisi Əminə Gülşəyə bahalı hədiyyə verib. 

Bu barədə Türkiyənin “Posta” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Məsud Türkiyə gözəlinə üzük bağışlayıb. Zinət əşyasının 200 min TL dəyərində olduğu vurğulanıb.

Qeyd edək ki, tanınmış cütlük iyunun 7-də ailə həyatı quracaq. Xatırladaq ki, “Arsenal” dünən “Çelsi”yə 1:4 hesabı ilə uduzub.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*