Messinin Argentina millisinə qayıdışı – VİDEO+FOTOLAR
Messinin Argentina millisinə qayıdışı – VİDEO+FOTOLAR
02 Sentyabr 2016 / 15:10 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika zonasında Argentina ilə Uruqvay qarşılaşıb.

Qaynarinfo.Az xəbər verir ki, Çiliyə uduzduqdan sonra Argentina millisindən getdiyini açıqlayan “Barselona”nın futbolçusu Lionel Messi bu matçda yığmaya qayıdış edib. Maraqlıdır ki, Argentina millisi məhz onun qolu ilə güclü rəqibinə 1:0 qalib gəlib.

Messinin qayıdışı argentinalı azarkeşlərdən 2-nin sevincdən özünü saxlaya bilməyərək 89-cu dəqiqədə stadiona daxil olmasına səbəb olub. Həmin fanatlardab biri Messinin ayaqlarına düşüb. Daha sonra azarkeşlər stadionun təhlükəsizlik nümayəndələri tərəfindən meydançadan uzaqlaşdırılıb.

Qeyd edək ki, bu qələbədən sonra Argentina millisi seçmə mərhələdə 14 xalla lider olub, Uruqvay isə 13 xalla II pillədə qərarlaşıb.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə