Merkel NATO-nu Rusiya ilə əməkdaşlığa dəvət etdi
Merkel NATO-nu Rusiya ilə əməkdaşlığa dəvət etdi
16 Noyabr 2016 / 15:31 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4
Bizimxeber
Almaniya kansleri Anqela Merkel NATO ilə Rusiyanın əməkdaşlığının Avropada təhlükəsizliyin bərpası üçün vacib olduğunu vurğulayıb. 
Bizimxeber.az saytı xəbər verir ki, kansler bunu Bundestaqda deputatların önündə çıxış edərkən bəyan edib. 
Merkel qeyd edib ki, hal-hazırda Avropada çox gərgin və təhlükəli vəziyyət yaranıb. Şimali Atlantika Alyansı Şərqi Avropada hərbi gərginlik yaratmağa davam edir.
Moskva həmçinin özünün qərb sərhədlərini bərkidir. Bu özü də Avropa ölkələri üçün təhlükədir.
Əgər Moskva ilə Vaşinqton kompromisə getsələr təhlükəsizlik cəhətdən heç bir qorxu qalmayacaq.
Merkel onu da qeyd edib ki, yalnız aktiv dialoq prosesində Rusiya ilə Ukrayna Donbas konfliktini həll edə bilər.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə